RU
Anasını 102 bıçaq zərbəsi ilə öldürən şəxs Ali Məhkəməyə müraciət etdi
10:54
538

Anasını 102 bıçaq zərbəsi ilə öldürən şəxs Ali Məhkəməyə müraciət etdi

Anasını qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Onun kassasiya şikayətinə oktyabrın 14-də Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, 2013-cü il, dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evdə, qısqanclıq zəminində anası - 52 yaşlı Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmlə razılaşmayaraq cəzasının yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etmədiyindən o, Ali Məhkəməyə müraciət edib./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ