Çinin Şensi əyalətində anasını diri-diri basdıran 58 yaşlı kişiyə hökm oxunub.
7News.Az xəbər verir ki, bu barədə "AsiaOne" yazır.
Hadisə may ayında baş verib. İflic olan 79 yaşlı qadın 3 gün (təxminən 70 saat) qəbirdə qaldıqdan sonra, mayın 5-də tapılaraq xəstəxanaya yerləşdirilib.
Xilas olunduqdan sonra oğlunun həbsxanaya düşəcəyindən nigaran olduğunu bildirən ana sentyabrda dünyasını dəyişib.
Qəsdən adam öldürməkdə ittiham olunan oğlu isə 12 il həbs cəzası alıb.
May ayında qadının itkin düşdüyü barədə gəlininin məlumat verdiyi bildirilmişdi. Gəlininin sözlərinə görə, əri öz anasını arabaya mindirib naməlum istiqamətdə aparıb, səhəri gün isə tək qayıtmışdı. Kişi ona anasını qohumlarının evində qoyduğunu demişdi.
Dindirmə zamanı isə o, anasını qəbiristanlığa apardığını, tərk edilmiş məzara atdığını və üzərinə torpaq tökdüyünü etiraf edib. O bu cinayəti anasının sidik və nəcis saxlamamazlıqdan əziyyət çəkdiyi üçün ona qulluq etməkdən bezdiyinə görə törətdiyini deyib.
7News.Az








