RU
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib
19:50
330

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Şahmat üzrə rusiyalı keçmiş dünya çempionu Anatoli Karpov Moskvada xəstəxanaya yerləşdirilib.

7NEWS.Az yerli mətbuata istinadən xəbər verir ki, beynəlxalq dərəcəli qrossmeyster hazırda reanimasiyadadır.

Dövlət Dumasının binasında halı pisləşən deputat huşunu itirərək yerə yıxılıb. Həkimlərin sözlərinə görə, həmin vaxt o, sərxoş vəziyyətdə olub.

Karpova ağır qapalı kəllə-beyin travması və sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Onun süni koma vəziyyətində olduğu bildirilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ