RU
`Anbarlarda 3 min ton alma qalıb`
14:12
1607

`Anbarlarda 3 min ton alma qalıb`

“Yerli istehsalın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi Dövlət Gömrük Komitəsi ilə sıx işləməlidir”.

7News.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin bugün keçirilən iclasında çıxışı zamanı deputat İlham Əliyev deyib. Onun sözlərinə görə, daxili istehsalçının mənafeyini güdmək lazımdır:

“Məsələn, Türkiyədə belə bir qayda var ki, şirkətlərin məhsulları satılıb qurtarmadıqda ölkəyə eyni məhsul daxil olmur. Bizdə vəziyyət fərqlidir. Qeyd edim ki, hazırda şimal zonasının soyuducu anbarlarında 3 min tona yaxın alma qalıb. Bu respublikaya kifayət edər. Amma bugün Polşadan “su qiyməti”nə gətirilən məhsul bazarlara doldurulursa, yerli istehsalçı məhsulunu necə satsın?

Kənd Təsərrüfatı Nazirliyi bu məsələləri tənzimləməlidir. Dövlət Gömrük Komitəsinə müəyyən qaydalarla məlumat verməlidir ki, hansı məhsuldan nə qədər tədarük var və bu hansı müddətə kifayət edəcək. Bu, qurtarandan sonra məshulun gömrük daxilinə icazə verilsin” - deyə deputat vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ