Xanımı Sevinc müğənni Nadir Qafarzadəni qadın pərəstişkarlarına qısqanmır.
Sənətçi bu haqda “Onlar” verilişində deyib:
“Qısqanmır, bilir ki, mən müğənniyəm və sevənlərim var. Hərdən ona deyirəm ki, “Gör, sən kimin xanımısan”. O da başlayır nazlanmağa. Hərdən mənə acıq da verir: “Başqa müğənniyə pərəstiş edəcəyəm, foto çəkdirəcəyəm”. Bəzən aramızda qısqanclıqlar olur. Onu qəsdən özüm də qısqandırıram. Deyirəm ki, Ancelina Colini çox sevirəm. Çox cazibədar bir xanımdır. Sevmək o deyil ki, gedib onu alacağam. Mən bir xanımı sevirəm, həmişə də sevəcəyəm. Çoxları deyir, "Nadir özünü arvadı ilə reklam edir". Xeyr, suallar verirlər, mən də nümunəvi ailə olduğum üçün cavablandırıram. Qoy, gənclər bizdən örnək götürsün. Bununla özünü reklam etməyə dəyər. Başqaları özlərini süni, yalançı ailələri ilə reklam edir”.
N.Qafarzadə oğlunu evləndirəndən sonra ayrı yaşayacağını da deyib:
“Mənim oğlum toyundan sonra ayrı evdə yaşayacaq. Öz həyatlarıdı, təki xoşbəxt olsunlar. İstəsələr, evlərinə gedib-gələcəyəm. İstəməsələr də, evimdə oturacağam. Mən də həyat yoldaşımla baş-başa verib qocalığımı sürdürəcəyəm”. /axsam
7news.az








