Xəbər verdiyimiz kimi, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı Ankara Müasir Sənət Mərkəzində silahlı hücum olub.
7news.Az "Hurriyet”ə istinadən verdiyi məlumata görə, sui-qəsdi təşkil edən şəxsin görüntüləri yayılıb.
Sui-qəsdçinin hadisədən sonra "Mən buradan sağ çıxmayacağam” dediyi iddia olunur.
Polis özəl hərəkatının təşkil etdiyi əməliyyat zamanı onun zərərsizləşdirildiyi bildirilir.
7news.Az








