Ankaranın beynəlxalq hava limanında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsi yola salınarkən Türkiyənin baş nazirinin müavini Toğrul Türkeş hadisədən çox üzüntülü olduğunu deyib.
Bildirib ki, bu hadisə heç vaxt tarixdən silinməyəcək:
"A. Karlov Türkiyədə səfir olduğu dövrdə Rusiya-Türkiyə münasibətləri çox ciddi sınaqlardan keçməli oldu və biz iki ölkənin liderlərinin və xalqlarının iradəsi ilə bu sınaqlardan keçdik. Səfir Karlov bu prosesə böyük töhfə vermişdi. Andrey Karlov Rusiya və Türkiyə arasındakı dostluğun rəmzidir. Bu cinayətin təşkilatçıları Karlovu öldürmədilər, onun adını tarixə yazdılar. Nə Türkiyə, nə də Rusiya heç vaxt Andrey Karlovu unutmayacaq.”, - deyə nazir müavini bildirb.
7news.Az








