RU
Anım Gününə olan hava proqnozu açıqlanıb
15:20
242

Anım Gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ