RU
Ankarada 11 PKK üzvü saxlanıldı
10:00
832

Ankarada 11 PKK üzvü saxlanıldı

Türkiyənin paytaxtı Ankarada prezident və parlament seçkilərində təxribatlar hazırlamaqda şübhəli bilinən 11 PKK üzvü saxlanılıb.

7news.Az -ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, PKK üzvləri Ankaranın təhlükəsizlik üzrə antiterror idarəsini xüsusi əməliyyatı zamanı saxlanılıblar.

Bildirilir ki, saxlanılanlar seçkilər zamanı təxribatlar hazırlamağı planlaşdırırmışlar. Təxribatların hansı xarakterdə olduğuna dair detallar açıqlanmır.

 

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ