Türkiyənin paytaxtındakı "Ankara Tren Garı" dəmiryol qovşağının yaxınlığındakı iki partlayışda ölənlərin sayı 25-ə yüksəldi.
Türkiyənin paytaxtındakı "Ankara Tren Garı" dəmiryol qovşağının yaxınlığındakı iki partlayışda yaralananların sayı artıb.
Partlayışlar həmkarlar təşkilatlarının keçirdikləri "Emek, Barış, Demokrasi' yürüşünə hazırlıq zamanı törədilib. İlkin məlumatlara görə, teraktı "canlı bomba" reallaşdırıb.
Həmkarlar təşkilatları Ankaradakı Sihhiye Meydanında bu gün yürüş və mitinq keçirməyə hazırlaşırdılar.
Milliyet bildirir ki, partlayışlar "Ankara Tren Garı"ndakı yürüşdə və Sihhiye-dəki mitinqə qatılmaq istəyən kürd HDP partiyasının mənsublarının toplaşdıqları Gənclik Parkının yaxınlığında olub.
İlkin məlumatlara görə, teraktda 20 nəfər həlak olub, 100 nəfər yaralanıb. Bu, rəsmi informasiya deyil./milli
7news.az








