RU
Ankarada FETÖ əməliyyatı: 70 keçmiş məmur saxlanıldı
16:30
472

Ankarada FETÖ əməliyyatı: 70 keçmiş məmur saxlanıldı

Türkiyədə FETÖ istintaqı çərçivəsində yeni həbslər başlayıb.

Ankara Respublika Baş Prokurorluğundan verilən məlumata görə, aparılan istintaqlar çərçivəsində Ankaranın 5 rayonunda əməliyyat keçirilib.

Bu çərçivədə terror təşkilatının gizli xəbərləşmə proqramı "Bylock" istifadəçisi olduğu müəyyən olunan və Maliyyə Nazirliyinin keçmiş əməkdaşı olan 70 nəfər haqqında saxlanma qərarı verilib.

Səhər saatlarında başlayan əməliyyatların davam etdiyi bildirilib./cebhe

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ