20 nəfərin həyatını itirdiyi bildirilir.
Türkiyə paytaxtı Ankarada dəmiryol stansiyasına gedən yolun üzərində yerləşən körpünün altında güclü partlayış baş verib.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.
Agentliyin məlumatına görə, çoxlu sayda ölən və yaralananlar var.
Doğan xəbər agentliyi isə hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyini yazır.
Qeyd edək ki, bu gün Ankaranın Səhiyyə meyadnında “Savaşın yerinə, Sülh, Əmək, Demokratiya” şüarı altında mitinq keçiriləcək. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayış intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.
12:54
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.
Partlayışda həlak olanlar var. Çoxlu yaralı olduğu bildirilir.
Partlayış həmkarlar təşkilatlarının yürüşü zamanı törədilib.
Hadisə Ankaranın "Tren Garı" deyilən səmtində, dəmiryol vağzalının qarşısında olub. Son məlumatlara görə, bir yox, iki partlayış olub.
Terakt bu gün səhər saat 10 radələrində törədilib./milli
7news.az











