Ankara polisi terror aktları həyata keçirməyə hazırlaşan iki kamikadzeni tutub.
Türkiyə mediası xəbər verir ki, kamikadzelər Yeni il günlərində terror aktları həyata keçirməyi planlaşdırırmış.
Qeyd edək ki, İŞİD terror təşkilatının yeni ilin ilk günlərində Avropa ölkələri, o cümlədən Türkiyədə terror aktları həyata keçirməyi plaşlaşdırdığına dair kəşfiyyat məlumatları əldə olunub.
Türkiyə polisi İŞİD-in üzvü olduğu təxmin edilən iki nəfəri izləməyə başlayıb. Ankara Polis Təşkilatının kəşfiyyat və terrorla mübarizə şöbələri bu gün səhər saatlarında birgə əməliyyat təşkil edib. Əməliyyat zamanı Türkiyə vətəndaşı olan iki İŞİD üzvü saxlanılıb.
Terrorçuların üzərindən kamikadze kəməri götürülüb.
7news.az








