Türkiyənin paytaxtı Ankarada bayram axşamı silahlı aksiya keçirməyə hazırlaşan şəxslər saxlanılıblar.
Polisin keçirdiyi xüsusi əməliyyat zamanı 8 nəfər saxlanılıb. Onların İŞİD terror qruplaşının üzvləri olduqları məlum olub. Bundan başqa, şübhəlilərin ələ keçirildiyi evlərdən çoxlu sayda təşkilati sənədlər tapılıb. /qafqazinfo