Operativ qrup fəaliyyət göstərir.
Xəbər verdiyimiz kimi, fevralın 17-də Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb, 61 nəfər isə xəsarət alıb.
7News.Az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Azərtac-a bildirib ki, törədilmiş terror aktı nəticəsində ölən və xəsarət alanlar içərisində həmvətənlərimizin olması barədə hələlik məlumat yoxdur.
Araşdırmaların davam etdirilməsi məqsədilə səfirlikdə operativ qrup fəaliyyət göstərir.








