Oktyabrın 10-da Ankarada terror aktını törədən kamikadzelərdən birinin şəxsiyyəti və vətəndaşlığı məlum olub.
Bu barədə "Yeni şafak" qəzeti Milli Kəşfiyyat Təşkilatına (MİT) istinadən məlumat verir.
Kamikadze Türkiyə vətəndaşı olub və hazırda onun İŞİD-lə əlaqəsinin olub-olmaması araşdırılır.
Kamikadzenin adı bəzi səbəblərə görə, açıqlanmır.
Qeyd edək ki, oktyabrın 10-da Ankarada törədilmiş terror aktı zamanı 97 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb./milli
7news.az








