ABŞ-ın Müdafiə naziri Eşton Karter Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qəbulunda olub.
Bağlı qapılar ardında keçən görüşün təfərrüatları açıqlanmayıb.
Daha sonra Türkiyə Böyük Millət Məclisinə baş çəkən Pentaqon rəhbəri, jurnalistlər qarşısında ABŞ-la Türkiyə arasındakı strateji əməkdaşlığa diqqət çəkib. 15 iyul dövlət çevrilişinə cəhddə türk xalqının əsl qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayan Karter, ABŞ-ın Türkiyənin dostu olduğunu vurğulayıb:
"Bu insanların demokratiya uğrunda mübarizə apardığı dünyanın hər yerində izləndi. Hər kəs onların qəhrəmanlığını və faciəvi şəkildə həlak olduğunu gördü. Biz sizin güclü dostunuzuq, uzun müddətli müttəfiqinizik".
7News.az







