7News.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb. Faciə nəticəsində 34 nəfər dünyasını dəyişib.
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, ekspert Azər Verdiyev terror aktına münasibət bildirərək bunun Türkiyə dövlətinə ünvanlanan növbəti mesaj oluğunu dedi: “Son 3 ayda Türkiyədə bir neçə terror hadisəsinin törədilməsi Türkiyə hökümətinə növbəti mesaj kimi dəyərləndirilməlidir. Vəziyyət olduqca ciddidir. Türkiyə coğrafi baxımdan olduqca qaynar bir nöqtədə yerləşir. Ətrafında olan əksər qonşu dövlətlər qaynar müharibə ocaqlarıdır. Bu mənada terrorla mübarizədə Türkiyə höküməti daha çox güc ortaya qoymaq məcburiyyətindədir. Hesab edirəm ki, bütün türk dünyası Türkiyənin yanında olmalı, terrorla mübarizədə birgə fəaliyyət göstərməlidirlər. Birgə strtaeji təhlükəsizlik addımlarının atılmasının tam zamanıdır”








