RU
Ankaradan ABŞ-a TƏHDİD: Cavabı çox ağır olacaq
14:10
586

Ankaradan ABŞ-a TƏHDİD: Cavabı çox ağır olacaq

"ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, bunun cavabı çox ağır olacaq”.

Bu sözləri təqaüddə olan türk admiral Əli Dəniz Qultuq deyib.

Admiralın sözlərinə görə, Türkiyənin ABŞ-ın sanksiyalarına qarşı çox fərqli cavab kartları var:

"Ən sadəsindən, məsələn, Türkiyənin hava sahəsi ABŞ təyyarələrinin üzünə bağlansa, ABŞ Yaxın Şərqin geniş bir bölgəsində ciddi zərər görər. İncirlik bazasının bağlanması da yenə ilk mərhələdə ABŞ-ı ciddi şəkildə çətinliyə sürükləyər. Təbii ki, proses daha da irəliləsə, Türkiyənin istifadə edə biləcəyi daha başqa yollar da olacaq”.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin təhvil tarixi yaxınlaşdıqca Ankaranı müxtəlif sanksiyalarla təhdid edir./publika

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ