RU
Ankaradan Vaşinqtona SƏRT CAVAB: “Artıq işə başladıq”
10:20
1019

Ankaradan Vaşinqtona SƏRT CAVAB: “Artıq işə başladıq”

Ankara ABŞ tərəfindən Türkiyəyə qarşı qəbul edəcəyi sanksiyalara cavab verməyə hazırdır.

7news.Az xəbər verir ki, bu haqda Türkiyə hökumətindəki mənbəyə istinadən "Habertürk” bildirib.

"Türkiyə sözsüz ki, tədbir görəcək. Əgər ABŞ hər hansı addım atarsa, ona cavab veriləcək”, - mənbə qeyd edib.

Onun sözlərinə görə, Ankara yaranmış vəziyyəti nizama salmaq üçün dialoqu davam etdirməyi arzulayır.

"Hazırda ABŞ dövlət qurumları ilə danışıqlar davam edir. Bu danışıqlar qarşılıqlı anlayışa əsaslanan və olduqca konstruktiv bir atmosferdə keçirilir. İki ölkənin keçmişdən gələn güclü bağları və strateji əməkdaşlığı var. Danışıqlarda iki tərəf də bu əlaqələri qoruyacaq iradəni ortaya qoydu. Türkiyə dialoq prosesinin iki ölkə üçün də müsbət nəticələr verməsini istəyir. Əlbəttə ki, ABŞ-ın qəbul edəcəyi sanksiyalara qarşılıqlılıq prinsipi əsasında cavab veriləcək. Bu baxımdan, ABŞ-ın qərarına qarşı sanksiyalar siyahısını hazırlamaq üçün işə başladıq”, - hökumət nümayəndəsi əlavə edib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, ABŞ-ın Maliyyə Nazirliyi amerikalı rahib Andrey Kreyk Brunsonun işi ilə əlaqədar Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edəcək.

"Prezidentin sərəncamı üzrə Maliyyə Nazirliyi Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edəcək. Onlar rahibin tutulması və həbsində aparıcı rolu oynayırdılar”, - Sanders brifinqdə deyib.

O qeyd edib ki, nazirlərin ABŞ-dakı bütün hesabları və aktivləri dondurulacaq.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ