7NEWS.az xəbər verir ki, New York Times/Siena Kolleci ilə birgə aparılan sorğuya görə, seçicilərin 43 faizi noyabrın 5-də Baydenə səs verəcəklərini, Trampı seçəcəyini deyənlərin nisbəti isə 48 faiz təşkil edib. Əvvəlki dövrlərdə səslərini aldığı Trampın seçiciləri də ona Baydendən daha sadiqdirlər. 2020-ci il prezident seçkilərində Baydenə səs verənlərin 83 faizi noyabrda ikinci dəfə eyni namizədi dəstəkləyəcəklərini, eyni ildə Trampa səs verənlərin 97 faizi isə yenidən ona səs verəcəklərini qeyd edib.
7NEWS.az