RU
Anoreksiya xəstəsi olduğu deyilən aktrisadan bikinili poz - Fotolar
12:20
433

Anoreksiya xəstəsi olduğu deyilən aktrisadan bikinili poz - Fotolar

Anoreksiya xəstəliyindən əziyyət çəkdiyi deyilən aktrisa Vilma Elles İnstaqram səhifəsində yeni fotolar paylaşıb.

 
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa haqqında çıxan xəbərlərə bikili şəkilləri ilə cavab verib.

O, adıçəkilən xəstəliyə tutulmadığını deyəmə çalışsa da, amma izləyicilər görüntüdən razı qalmayıblar. Onlar fotonun uzaqdan çəkildiyini və Vilmanın sağlam görünmədiyini qeyd ediblər.

Xatırladaq ki, aktrisa 2016-cı ildə əkizlərini dünyaya gətirəndə artıq çəki ilə mübarizə aparırdı. Daha sonra isə o, qısa vaxt içində sürətlə arıqlamağa başlayıb. Arıqlıqdan sümükləri sayılacaq hala gələn Ellesin anoreksiya olduğu güman edilir.

Qeyd edək ki,  anoreksiya - qidalanmaya olan fizioloji tələbatın saxlanması ilə iştahanın olmaması, kökəlmədən əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyllə səciyyələnən qida qəbulu pozuntusudur.





7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ