ANS-in “Günə baxan” verilişinin mətbəx rubrikasının aparıcısı, aktrisa Telli Hüseynova "Space” telekanalına keçib.
Bundan sonra o, “Qonşu qonşuya” adlı yeni verilişə aparıcılıq edəcək.
Aparıcı sosial şəbəkədə yeni verilişi ilə bağlı verilən suallara belə cavab verib:
“Allah özü yol açır. Əlbəttə ki, gözəl insanların əliylə. Hamımıza xeyirli olsun. Tamaşaçılarım üçün darıxmışdım".
Qeyd edək ki, T.Hüseynova “Günə baxan”dan getməsi ilə bağlı bunları demişdi:
“Televiziyanın öz qanunları var. İnşallah, mən tamaşaçılarla yenidən görüşəcəm. Amma başqa bir verilişdə”./axsam
7news.az








