RU
ANS-in Avropa Məhkəməsinə ərizəsini kim yazıb?- MÜƏMMA
13:22
687

ANS-in Avropa Məhkəməsinə ərizəsini kim yazıb?- MÜƏMMA

"ANS telekanalının öz hüquqlarının müdafiəsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsi təqdirəlayiq haldır”.

Bunu vəkil Əsabəli Mustafayev deyib.

Hüquqşünas bunun çox ciddi bir məsələ olduğunu bildirib.

"Etiraf edək ki, yerli məhkəmələr onların işinə ədalətli baxmayıb. Onlar üçün Avropa Məhkəməsinə təqdim olunan ərizənin hansı mütəxəssisin hazırlamasından xəbərim yoxdur. Bu çox ciddi bir məsələdir və bu ərizəni hər adam yaza bilməz. Güman edirəm ki, hər halda onlar peşəkar şəxsə müraciət ediblər. Kimin hazırlaması da onun uğuru ilə bağlıdır”.

Qeyd edək ki, aprelin 3-də mediada ANS telekanalının rəhbərliyi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsi barədə məlumat yayıldı. Şikayətdə telekanalın lisenziyasının ləğvi barədə yerli məhkəmələrin qərarlarının qanunsuz və əsassız olduğu göstərilib. Eyni zamanda, ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin tanınması xahiş olunub.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fəthullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırıb. Şura daha sonra ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. ANS rəhbərliyi həmin qərardan Avropa Məhkəməsinə şikayət edib.

Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.

ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

Telekanalın vəkili Fuad Ağayev isə mövzu ilə bağlı açıqlamadan imtina edib. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ