Lisenziyası dayandırılan "ANS Müstəqil Yayım və Media” Şirkətinin (ANS TV) daha 2 əməkdaşı köhnə kanaldan ayrılıb.
ANS TV-nin müxbirləri – Samirə Ağalıyeva və Hürü Əliyeva bu şirkətdən ayrılaraq, "Space” TV-yə keçiblər.
Samirə Ağalıyeva və Hürü Əliyeva ANS TV-nin "İç xəbər” proqramında müxbir işləyiblər.
Xatırladaq ki, ötən həftə tanınmış aparıcılar - Rövşanə Bektaşi və Elgiz Əkbər də ANS TV-dən ayrılıblar./olke.az
7news.Az










