ANS TV-də yayımlanan "Passport” verilişinin keçmiş aparıcısı Kənan Hakimov yeni mövsümdən etibarən "CBC Sport” kanalında fəaliyyətini davam etdirəcək.
7News.Az xəbər verir ki, bunu Kənan Hakimov öz açıqlamasında bildirib:
"ANS TV-də olduğu kimi burada da aparıcı olacam. Yeni layihə deyil, sadəcə, işçi kimi gəlmişəm”.
Qeyd edək ki, Kənan Hakimov 2011-ci ilin iyulundan etibarən ANS TV-nin idman departamentində çalışıb.








