RU
ANS-in efirinin kəsildiyi an
11:31
1425

ANS-in efirinin kəsildiyi an

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində ANS televiziyasının yayımından imtina edilib.

Fəaliyyəti müvəqqəti dayandırılan kanalın sonuncu efirində iqtisadi xəbərlər yer alıb. Axşam 18-19 radələrində ANS-in yayımı kəsilib. Bununla bağlı efirdə hər hansı xəbərdarlıq olmayıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumata əsasən ANS terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün müvəqqəti olaraq bağlanıb./qafqazinfo

7News.Az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ