RU
ANS-lə bağlı qərar - Vahid Mustafayev təşəkkür etdi
12:36
8204

ANS-lə bağlı qərar - Vahid Mustafayev təşəkkür etdi

Bu gün Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.


Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin mümkün olub-olmadığı araşdırılıb. İş icraata qəbul olunub. Proses sentyabrın 15-də davam etdiriləcək.

Prosesdən sonra jurnalistlərə açıqlama verən ANS rəhbəri Vahid Mustafayev ölkə rəhbərinə inandığını, prosesin sonunun yaxşı olacağına ümid etdiyini bildirib.

"Biz öz növbəmizdə bu məsələni hüquqi yolla həll etməyə çalışırıq”. 

V. Mustafayev ANS-in məhkəmə proseslərini işıqlandıran jurnalistlərə təşəkkürünü bildirib.

- Gördüyünüz kimi bütün ANS-in əməkdaşları bir nəfər kimi bura yığışıb. Ona görə ki, ANS bir kollektiv olaraq Ali Məhkəminin bu uzanan məsələ üzrə ədalətli qərar qəbul edəcəyinə və ANS-in öz yayımını bərpa edəcəyinə inanır. Mən siyasətçi deyiləm, əsgərəm və Ali Baş Komandana tabeyəm. O isə bir prezident olaraq ölkədə qanunlar və konstitusionallığın təminatçısıdır,- deyə o, bildirib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub./azvision

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ