Türkiyənin Antalya şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
7news.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində 15 nəfər xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
7news.Az







