Türkiyənin Antalya şəhərində Ticarət və Sənaye Palatası binası yaxınlığında güclü partlayış baş verib.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışın səbəbi hələ ki, bilinmir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb edilib.
Partlayışın baş verdiyi ərazidə bina və maşınlara ciddi ziyan dəyib. Hadisə yerində olan bir maşının tamamilə partladığı və yaralıların olduğu bildirilir.
Ölənlərlə bağlı məlumat yoxdur.








