RU
Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıtdı
15:23
170

Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıtdı

Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları” aviaşirkətinin "Airbus A320” təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

7NEWS.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

 

Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ