Antarktida buzlaqları nə zaman əriməyə başlayıb? - Alimlər araşdırdı
Müxtəlif ölkələrdən olan alimlər komandası, son 6000 il ərzində Antarktidada buzların əriməsinə səbəb olan amilləri araşdırıblar.
7News.Az-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, tədqiqatçılar Antarktida yarımadasının şərq hissəsində qalan dəniz çöküntülərində oksigen izotoplarının miqdarınıi hesabladıqdan sonra belə qənaətə gəliblər ki, oksigen izotoplarının miqdarı nə qədər az olsa, təmiz suyun həcmi də o qədər çoxdur.
Bundan başqa, məlum olub ki, Antarktida buzlaqlarının əriməsi 1400-cü ildən başlayıb, 1706-cı ildən sonra isə bu proses sürətlənib
1912-ci ildən sonra buzlaqlar daha sürətlə əriməyə başlayıb. Tədqiq olunan yarımadadakı şelf buzlaqları son üç əsrdə sürətlə əriməkdədir.
Alimlər əmindirlər ki, atmosfer istiləşməsi və qərb küləklərinin şiddətlənməsi Antarktida buzlaqlarının əriməsinin əsas səbəbləridir. Gələcəkdə bu amillərə ozon təbəqəsinin incəlməsi də əlavə olunsa, Antarktidada buzların əriməsi prosesləri daha da sürətlənəcək.