Xaçmazın "Samur" gömrük postunda Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən 7news.Az-a verilən məlumata görə, yoxlama zamanı, həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








