"Biz hazırda Azərbaycana səfər məsələləri ilə məşğuluq, ardınca isə "Liperpul" ilə şənbə günü oyununa hazırlaşacağıq".
7News.Az Report-a istinadən xəbər verir ki, bunu "Çelsi" klubunun baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində "Vest Bromviç" üzərində qazanılan 2:0 hesablı məğlubiyyətdən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Biz qış transfer pəncərəsinədək turnir cədvəli liderlərinə maksimum yaxınlaşmağa çalışmaq üçün bu qələbə əhval-ruhiyyəsini davam etdirmək istəyirik", - deyə Konte bildirib.
7News.Az








