7NEWS.az xəbər verir ki, Belçikada Avropa Parlamenti (AP) ilə bağlı korrupsiya araşdırmasının ən tanınmış siması, yunan deputat Eva Kaili şərti azadlığa buraxılıb.
Kaili Belçikanın paytaxtı Brüsseldə saxlandığı həbsxanadan çıxıb və AP yaxınlığındakı evinə gəlib. Yunan mətbuatına böyük maraq göstərən Kaili atası və vəkili ilə birlikdə evinin yerləşdiyi binaya daxil olub.
Binaya girərkən içində olduğu avtomobilin pəncərəsini açaraq Yunan mətbuatına açıqlama verən Kaili 2 yaşlı qızını görəndə xoşbəxt olduğunu bildirib.
44 yaşlı Kaili ona qarşı irəli sürülən ittihamlarla vəkili ilə mübarizə aparacağını bildirib.
7NEWS.az








