Televiziya izləyiciləri dünən axşam iki jurnalistin sevgisinə canlı yayımda edilən evlənmə təklifi ilə şahidlik ediblər.
7News.az Milliyet-ə istinadən xəbər verir ki, "Beyaz TV" ekranlarında yayımlanan "Nə Var Nə Yox" verilişinin aparıcısı Türker Akıncı 24 TV telekanalında müxbir vəzifəsində çalışan sevgilisi Tuğba Satıya canlı yayımda müraciət edib.
Təcrübəli aparıcı, bəlkə də, həyatının ən həyəcanlı verilişinə çıxaraq, canlı yayım qonaqlarını da şahid göstərərək Tuğba Satıya "Hər kəsdən əvvəl Allah şahid. Səni sevirəm və söz verirəm ömrümün sonuna qədər sevəcəyəm" deyib. Ardınca onun "Mənimlə evlənərsənmi?" müraciəti canlı yayıma damğasını vurub.//milli.az
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










