RU
Aparıcı qəzaya düşdü
11:05
794

Aparıcı qəzaya düşdü

Türkiyənin TRT kanalının Azərbaycan təmsilçiliyinin əməkdaşı, teleaparıcı Arzu Ümid avtomobil qəzası keçirib.

Aparıcı bildirib ki, qəza çəkilişə gedərkən baş verib:

"Mənim üçün narahat olan dostlarım, doğmalarım və dəyərli izləyicilərim, yeni layihə ilə bağlı çəkilişlərə neçə vaxt idi start vermişdik, məlum hadisədən sonra məcbur fasilə verdik.

Bir neçə gün əvvəl komandamızla çəkilişə gedən vaxt başımıza bu qəza gəldi. Maşında mənimlə yanaşı 2 əməkdaşımız da yüngül bədən xəsarəti aldı. Ən ağır xəsarəti isə mən aldım.
Biləyim və barmağım bir neçə yerdən çatlayıb. Allah hər kəsi qorusun... Sükan arxasında olanlar diqqətli olun... Doğrudan da ölüm qaşla-göz arasındadır.

Üstunuzə sağlıq 3 gecədir ağrı məni yuxu üzünə həsrət qoyub. Dua edin ki, tez bir zamanda bu sarğılardan və zədə almış barmağımın gipsindən xilas olum və yarıda qalan yeni layihəmin ilk buraxılışı üçün çəkilişlərə başlayım. Mənəvi dəstəyinizə çox ehtiyacım var". /qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ