RU
Aparıcı Yusifin 40 il öncəki FOTOSU
17:36
487

Aparıcı Yusifin 40 il öncəki FOTOSU

Teleaparıcı Yusif Ağayev ad gününü aparıcılığını etdiyi "10-dan sonra" verilişində qeyd edib. 

7News.az xəbər verir ki, milli.az məşhurun illər öncə çəkdirdiyi fotosunu əldə edib. Ad günü ilə bağlı təəssüratlarını bölüşən aparıcı illər öncə çəkdirdiyi fotosundan da danışıb:

"Bu şəkili 40 il öncə mən universitetdə oxuyarkən çəkdirmişəm. Heç bilmirəm bu şəkil sizə necə çatıb (gülür). Bu da Milli.Az-ın operativ işləməsinə bir işarədir. 2016-cı il mənim və "10-dan sonra" verilişi üçün çox gözəl oldu. Biz "10-dan sonra" komandası ilə birlikdə bütün səhər verilişləri içərisində reytinqləri qırdıq. Bu da təkcə, əlbəttə ki, mənim yox, böyük bir komandanın əvəzsiz zəhməti və əziyyəti sayəsində baş verdi. O ki qaldı ad günümə... Aygün Kazımova ənənəyə sadiq olaraq bu il də ad günümdə verilişə gələrək, rəng qatdı. Nahaq yerə mən ona "Miss şou" adı verməmişəm. Ad günümü efirdə keçirdim və axşam da ailəmlə birlikdə olacağam. Ad günümü təntənəli keçirməyi sevmirəm, çünki atam ad günümdə dünyasını dəyişib. Özümü çox xoşbəxt hiss edirəm ki, əməyim boşa getməyib. Belə ki, dövlətimiz tərəfindən 2008-ci ildə "Tərəqqi" medalına layiq görülmüşəm".
 
7News.az
Aparıcı Yusifin 40 il öncəki FOTOSU
Aparıcı Yusifin 40 il öncəki FOTOSU
Aparıcı Yusifin 40 il öncəki FOTOSU

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ