Tanınmış diktor Tamilla Ələkbərova “5/5” verilişinin qonağı olub.
Diktor aparıcılardan gileylənib:
“Aparıcının tərbiyəsi, dil qabiliyyəti olmalıdır. İndi aparıcılar çoxdur, heç kimi alçaltmaq istəmirəm. Dillərində qüsur var, ləhcə ilə danışırlar. Uşaqlar indi efirdən nə öyrənsinlər? Aparıcılar üzərlərində işləsinlər, oturuşlarına fikir versinlər. Ayağı ayağın üstünə aşırtmağı qəbul etmirəm, bəlkə də geridə qalmışam. Efirə çıxan aparıcı özünə hörmət qoymalıdır. Qızım deyir ki, ana, əsəb keçirirsən, niyə bizim kanallara baxırsan?arzum odur ki, efir mədəniyyəti olsun”.
Ələkbərova gəncliyindən də danışıb:
“20 yaşında ailə qurdum. Yoldaşım diktor olmağıma icazə vermirdi. 4 dəfə işdən çıxıb geri qayıtmışam. Sonra gördü sənətimi dəlicə sevirəm, razılaşdı”./qafqazinfo
7news.az








