RU
Aparıcıya vəzifə verildi
13:48
957

Aparıcıya vəzifə verildi

O, eyni zamanda yeni yaradılan Uşaq Teatr–Studiyasının rejissorudur.

Mədəniyyət ve Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri vəzifəsinə Kamran İsrafilov təyin edilib.

7News.Az xəbər verir ki, Kamran İsrafilov  Heydər Əliyev Fondunun təçəbbüsü ilə baş tutan  Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında  Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.  

Həmçinin İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimidə sınayıb və bu yaxınlarda  təqdimatı keçirilən Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Kamran İsrafilov eyni zamanda yeni yaradılan  Uşaq Teatr–Studiyasının rejissorudur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ