Son zamanlar ölkənin məhkəmə sistemində baş verən bəzi neqativ hallarla bağlı 7News.az saytının redaksiyasına ardı-arası kəsilmədən şikayət məktubları daxil olmaqdadır. Biz də öz növbəmizdə oxucu auditoriyasını nəzərə alaraq daxil olan məlumatlardan yalnız fakta əsaslananları müəyyən edib işıqlandırırıq. Növbəti yazımızda isə ədalət məhkəməsinin ədalətsiz mühakiməsi haqqında müraciəti işıqlandırmaq qərarına gəldik. Müraciəti olduğu kimi təqdim edirik:
“Nizamı rayon məhkəməsinin hakimi Xəyal Sarıyev məndən ölkədə fəaliyyət göstərən MMC-lərdən birinin xeyrinə 6721,49 manat pul tutulması barədə 16.06.2015-ci il tarixdə 2(007)-2240/15 saylı iş üzrə qətnamə çıxarmışdır. Hakim həmin məhkəmə araşdirmalarında mənim iştirakımı təmin etməmişdir və yalnız iddiaçı tərəfin tələbini əsas götürərək onların xeyrinə qərar qəbul etmişdir. Məhkəmənin qətnaməsi mənə vaxtında göndərilməmişdir və mən Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciət etdikdən sonra 23.10.2015-ci il tarixdə mənə verilmişdir.Hakim Xəyal Sarıyev mübahisənin nəticəsi üçün əhəmiyyətli halları tam sona araşdırmadan, mənim özümü müdafiə hüququmu təmin etmədən tələsik və qərəzli qətnamə çıxarmışdır və bununla da məni həm mənəvi , həm də maddi cəhətdən məhv etmişdir. Əgər hakim, nüfuzlu MMC-nin şəhərdə hər bir sahəyə təsir imkanlarını nəzərə almadan, işə ədalətli və qərəzsiz baxsa idi və ədalətli qərar qəbul etsə idi mənim cavabdehliyim qat-qat az olardı və mən artıq yazışmalara yol verməzdim.
Nizamı rayon məhkəməsinin hakimi Xəyal Sarıyevin çıxardığı qərardan narazı olduğumdam və qanunun aliliyinə inanaraq Bakı apellyasiya məhkəməsinə 19.11.2015-ci il tarixdə şikayət etdim və borcun məbləğinin şişirdilmiş olduğundan Nizami rayon məhkəməsinin sözü gedən qətnamənin ləğv edilməsini və əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etdim. MPM-nin tələbinə əsasən apellyasıya məhkəməsinin iclası tıyin ediləndə azı 10 gün əvvəl tərəflərə bildiriş verilməlidir ki, tərəflər işin materialları ilə tanış ola bilsin. Apellyasiya məhkəməsindən mənə bildiriş çatdırılmamışdır. 24.12.2015-ci il tarixdə mənə telefonla zəng edib bildirdilər ki, ... şikayətinizlə əlaqədar 28.12.2015-ci il tarixdə saat 10:20-də apellasiya məhkəməsində 13 saylı otaqda olmalıyam.... (hakimim adını demədilər).
Məhkəmə işlasında nümayəndəm iştirak etdi və hakim Azad İmanovun sədrlik etdiyi kollegiyadan işdə olan materiallarla tanış olmaq üçün və sənədlərlə tanış olduqdan sonra mənim iştirakımla araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə iclası təxirə salmağı xahiş etdi. Lakin hakim Azad İmanovun nə bu vəsadəti qədul etmədi, nə apellyasiya şikayətinə əlavə etdiyimiz (02.05.2014-cü il tarixdən sonra etdiyim ödənişlər və qaytardığım mallar haqqında sənədlərin surətləri) sənədləri araşdırmaq istəmədi, nə də məni dinləmək istəmədi. Beləliklə Apellyasiya məhkəməsinin hakimi Azad İmanov da, Nizamı rayon məhkəməsinin hakimi Xəyal Sarıyev kimi mübahisə üzrə tam araşdırma aparmadan, ən başlıcası isə, məni (nümayəndəmi) işin materialları ilə tanış olmağan və bir cavabdeh kimi məni məhkəmədə özümün müdafiəsi üçün dinlənməkdən məhrum etdi. Nəticədə, 28.12.2015-ci il tarixdə saat 10:20-də baş tutan 7 dəqiqəlik məhkəmə iclası (iş 2(103)-8744/15) Nizamı rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması oldu. Budurmu ədalət məhkəməsi ???
Əliyev Xanlar Vaqif oğlu, 28.12.2015-ci il”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
7News.az








