RU
“Apple” 2 gündə 200 milyard dollar itirdi
14:10
81

“Apple” 2 gündə 200 milyard dollar itirdi


Çinin dövlət qurumlarında iPhone istifadəsini qadağan etdiyinə dair iddialar texnologiya nəhənglərindən biri olan "Apple”ın bazar dəyərini 2 gündə 6 faiz, yəni 200 milyard dollar ucuzlaşdırıb.

7NEWS.az xəbər verir ki, "Çin dövlət qurumlarında iPhone istifadəsini qadağan etdi” iddiası ABŞ-ın texnologiya nəhəngi "Apple”a 2 gündə 200 milyard dollarlıq zərbə vurdu. İddialardan sonra "Apple”ın səhmlərinin dəyəri son iki gündə 6 faizdən çox ucuzlaşıb. Bu nisbət 200 milyard dollara bərabərdir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ