RU
“Apple” bu tarixdə iPhone 14 modellərini təqdim edəcək
20:42
185

“Apple” bu tarixdə iPhone 14 modellərini təqdim edəcək

7NEWS.az xəbər verir ki, "Apple”, sentyabrın 7-də keçiriləcək tədbirində yeni iPhone modellərini təqdim edəcəyini açıqladı. Kaliforniyadakı Steve Jobs Teatrının baş qərargahında keçiriləcək tədbirdə "Apple” iPhone 14 və Apple Watch məhsulu ilə bağlı yeni detalları paylaşacaq. Tədbir internet vasitəsilə də canlı yayımlanacaq. Tədbirin əsas gündəmi yeni iPhone 14 modeli olacaq. Təqdimatda "Apple”ın 6,1 düymlük iPhone 14, 6,7 düymlük iPhone Max və ya Plus, 6,1 düymlük iPhone Pro və 6,7 düymlük iPhone Pro Max modellərini təqdim edəcəyi gözlənilir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ