7News.az xəbər verir ki, Apple-da mühəndis işləyərkən başına gələnləri danışan Ashley Gjovik ictimaiyyətdə rezonans doğuran qalmaqalı gündəmə gətirib. Gjovik texnoloji nəhəngə qarşı federal məhkəmə iddiası qaldıraraq, onun Santa Klaradakı çip istehsalı zavodundan zəhərli tullantıların sızması səbəbiylə az qala öldüyünü iddia etdi. O, həmçinin obyektin yaxınlığında yaşayan minlərlə insanın oxşar risklərlə üzləşdiyini bildirib.








