7News.az-ın "runews24.ru” saytına istinadən verdiyi məlumata görə, "İnterbrand” şirkəti tərəfindən hazırlanan 2016-cı ilin ən bahalı brendlərinin hesabatına əsasən, "Apple”in qiyməti 5 faiz artaraq 179,1 milyard dollar təşkil edib.
"İnterbrand”in reytinqinin ikinci yerində "Goorle” korporasiyası gəlir. Bu şirkətin qiyməti 11 faiz artaraq 113,3 milyard dollar təşkil edib.
Qiyməti 73,1 milyard dollar olan "Coca-Cola” brendi isə reytinq sırasının üçüncü yeri tutur.
"İnterbrand”in top-10-luğuna həmçinin "Microsoft”, IBM, "Samsung” və "Amazon” kimi brendlər daxil edilib.








