"Apple" şirkətinə məxsus "Macintosh" kompüterləri ilk dəfə virusa yoluxub.
7News.Az "Reuters"-ə istinadən xəbər verir ki, "KeRanger" adlı proqram yoluxmuş kompüterlərdə məlumatları şifrəliyir və daha sonra istifadəçilərdən onların məlumatı əldə etməsi üçün çətin izlənilən valyuta tələb edir.
Bununla da, bu "Apple" kompüterlərinin müdafiəsini aşan ilk virus oldu.
“Bu "Apple" kompüterlərinin virusa yoluxmasına dair ilk haldır. Virus istifadəçilərin məlumatlarını şifrəliyir və istifadəçilərdən vəsait tələb edir”, - deyə "Palo Alto Networks" şirkətinin kiber təhlükəsizlik üzrə direktoru Rayna Olson bildirib.








