RU
“Apple” “Qualcomm” ilə əməkdaşlığa SON QOYACAQ
16:18
180

“Apple” “Qualcomm” ilə əməkdaşlığa SON QOYACAQ


"Apple”ın əsas məqsədi öz modemini istehsal etməklə "Qualcomm”a olan öhdəliyinə son qoymaqdır.

7NEWS.az xəbər verir ki, "Apple”, "Qualcomm” ilə modem əməkdaşlığını dayandırmaq istəyir. Smartfon bazarının əhəmiyyətli adlarından biri olan "Apple”, 5G-yə çox ağrılı bir keçid yaşadı. O zaman "Apple” "Qualcomm” ilə yaxşı münasibətdə deyildi. Üstəlik, iki nəhəng məhkəmədə idi və "Qualcomm” "Apple”dan əhəmiyyətli təzminat tələb edirdi.

Bu kontekstdə "Apple” 5G üçün "Intel” ilə əməkdaşlıq qurmaq istədi. Amma axtardığını burada tapa bilməyəndə "Qualcomm”a istədiyi təzminatı ödəməli oldu.

Bu çətin proses "Apple”ın təcili olaraq 5G modemini istehsal etməsi üçün vacib bir əlamət idi. Tim Cook və komandası dərhal öz modemlərini istehsal etməyə başladılar.

Artıq məlum idi ki, "Apple” bir müddətdir öz modemi üzərində işləyir. "Apple”a yaxın mənbələrdən biri olan Ming Chi Kuo, nəhayət, bu modemin nə vaxt gələcəyini açıqladı. Kuonun sözlərinə görə, "Apple”ın özünün 5G modemi 2024-cü ilin birinci yarısında satışa çıxacaq. Bu o deməkdir ki, 2024-cü ildə gələcək "iPhone” modemlərində "Apple” öz modemlərindən istifadə edəcək.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ