Texnologiya nəhəngi Apple-ın bu ilin ilk 3 ayında gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz geriləyərək, 2003-cü ildən bu yana ilk dəfə azalma qeyd edib.
"Marja"nın məlumatına görə, Apple-dən bildiriblər ki, bu ilin Yanvar-Mart dövründə xalis gəlir, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalma göstərərək 50,6 milyard dollar təşkil edib. Şirkət, 2015-ci ilin ilk 3 ayında 58 milyard dollar xalis gəlir açıqlamışdı.
Beləliklə, Apple-ın gəlirləri 51 rüb ardıcıl artım göstərdikdən sonra 2003-cü ildən bu yana ilk dəfə düşüb.
XALİS MƏNFƏTİ DƏ AZALIB
Bundan başqa, şirkətin 2016-cı ilin ilk 3 ayındakı xalis mənfəti, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azalaraq 10,5 milyard dollara geriləyib. Keçən ilin 3 ayında Apple-ın xalis mənfəti 13,6 milyard dollar idi.
iPHONE VƏ iPAD SATIŞLARI AZALIB
Həmin dövrdə Apple-ın iPhone ağıllı telefon satışlarında da şirkət tarixində ilk dəfə azalma qeydə alınıb. Bu ilin Yanvar-Mart dövründə iPhone satışları 16,1 faiz düşərək 51,2 milyon olub. 2015-in eyni dövründə Apple 61 milyon iPhone satmışdı.
iPad planşetinin satışlarında da 18 faiz geriləmə yaşayan Apple, bu ilin ilk 3 ayında 10,3 milyon iPad satıb. Bu rəqəm ötən ilin eyni dövründə 12,6 milyon olmuşdu.
Nyu-York birjasının bağlandığı saatdan sonra beş göstəricilərini açıqlayan Apple-ın səhminin dəyəri isə birja bağlanışından sonra aparılan əməliyyatlarda 8%-dən çox ucuzlaşıb.








