RU
“Apple” yeni “MacBook”unu təqdim etdi
17:42
1545

“Apple” yeni “MacBook”unu təqdim etdi

“Apple” korporasiyası ilk dəfə olaraq “çəhrayı qızıl” rəngində olan yenilənmiş “MacBook”u təqdim edib.

Bu barədə şirkətin yaydığı məlumatda deyilir.
 
“MacBook” 12 düym həcmində “Retina” displeyinə malikdir, daha uzun müddət işləyir və sürəti daha da yaxşılaşdırılıb. Cihaz 1,3 geqahers tezlikli altıncı nəsil “Intel Core M” prosessoruna sahibdir. “Turbo Boost” texnologiyası sayəsində “MacBook”un bəzi modifikasiyaları 3,1 geqahers tezliyə qədər çatdırıla bilir. 
 
Şirkətin məlumatına görə, “Intel HD Graphics 515” qrafik prosessoru qrafik sürəti 25 faiz də artırıb. “MacBook”un əməliyyat yaddaşı 8 geqabayt təşkil edir. Həmçinin yeni “MacBook” daha sürətli fleş-yığıcıya malikdir. 
 
Noutbukun çəkisi 907 qram, qalınlığı 13,1 mm-dir. Cihazı 4 rəngdə əldə etmək mümkündür – qızılı, gümüşü, “boz kosmos” və “çəhrayı qızılı” rənglərdə. 256 geqabayt yaddaşlı “MacBook”un qiyməti 1 625 dollar, 512 geqabayt yaddaşlı noutbukun qiyməti isə 1 075 dollar təşkil edir. Artıq aprelin 19-dan cihazı “Apple”nin onlayn mağazalarından əldə etmək mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ