RU
“Apple”dakı “i” hərfi necə yarandı?
18:34
2229

“Apple”dakı “i” hərfi necə yarandı?

Artıq həyatımızın bir hissəsi olan “Apple” məhsullarının adlarının başındakı “i” hərfinin nə məna verdiyini yəqin ki, düşünmüsünüz?!

Texnologiya nəhəngi olan “Apple” şirkətinin qurucusu və XX əsrin məşhur adlarından Stiv Cobs “Apple”dan qovulduqdan sonra “Next” adlı, heç də uğur qazanmayan şirkətini qurur. İllər sonra “Apple”ın əməliyyat sistemi axtarışını “mən edərəm” deyərək Stiv Cobs yenidən “Appel”a geri qayıdır.

“Apple” şirkətinə qayıdan zaman əvvəlcə “idarə heyəti məsləhətçisi” olmuş, daha sonra ona CEO-luq təklif edilsə də naz edərək belə deyib: “CEO deyil, müvəqqəti CEO olaram”.

Müvəqqəti CEO olması üçün Stiv Cobsun bir vizit karti olmalı idi, lakin “İnterim CEO” şəklində yazılan ad həm uzun, həm də gözəl görünmürdü. Bunu görən Cobs dedi ki, kartıma “iCEO” yazdırın.

Zaman keçdi, yeni məhsullara ad axtaran zaman çox xoşlarına gələn bu “i” hərfi onlara ilham oldu və keçmişdəki “macintosh” adını “iMac”, daha sonra “ibook”, “ipod”, “iPhone”, “ipad” kimi adlar çıxardılar.

Yeri gəlmişkən, əlavə məlumat kimi onu qeyd edək ki, “MAC” kompüterləri üçün seçilən “macintosh” adı öz qaynağını “mcintosh”dan alır. “Mcintosh”un latın dilində tərcüməsi “malus domestica”, yəni alma deməkdir.

7News.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ